Putinlə Ruhani arasında Azərbaycanla bağlı müzakirə

Putinlə Ruhani arasında Azərbaycanla bağlı müzakirə
  25 Sentyabr 2017    Oxunub:2196
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlərinin telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı məsələ müzakirə olunub. Daha sonra ikitərəfli əlaqələr, bəzi aktual problemlər, həmçinin Rusiya-İran-Azərbaycan formatında əməkdaşlıq məsələlərinə toxunulub.

Prezidentlər, həmçinin təmasların gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Ruhani   Rusiya   İran  





Xəbər lenti