İraq Kərkükə ordu göndərir

İraq Kərkükə ordu göndərir
  25 Sentyabr 2017    Oxunub:1750
İraq parlamenti Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Kərkükdəki neft quyularının nəzarətdə saxlanılmasıdır.

Eyni zamanda deputatlar kürd regionunun müstəqilliyi haqqında referendumun keçirilməsində iştirak edən məmurların və dövlət qulluqçularının işdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd, həmçinin referenduma cəlb olunmuş vəzifəli şəxslərə əməkhaqqı ödənilməsinin dayandırılmasını, həmçinin onların bütün imtiyazlardan məhrum edilməsini nəzərdə tutur.

Bundan başqa İraq Parlamentinin qərarına əsasən İraq Kürdüstanının nəzarətində olan bütün sərhəd məntəqələrinin bağlanması və Kərkük neft yataqlarının İraqın ixtiyarına verilməsi qərara alınıb.

AzVision.az


Teqlər: İraq  





Xəbər lenti