Bəkir Bozdağ müsəlmanları mübarizəyə çağırdı

Bəkir Bozdağ müsəlmanları mübarizəyə çağırdı
  26 Sentyabr 2017    Oxunub:1726
“Terrorçunun vətəni, milləti, rəngi, dini, məzhəbi olmur. Bunların hər biri ilə əzmlə mübarizə aparmalıyıq. Etməsək nə olar? Bu gün İŞİD terror təşkilatı yox olar, sabah başqa bir terror təşkilatı icad edərlər”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ Türkiyə-Azərbaycan nümunəsində İslam Həmrəyliyi adlı beynəlxalq konfransın açılışında deyib.

O bildirib ki, terrordan daha çox müsəlmanlar əziyyət çəkir: "Ölən müsəlman, öldürən müsəlman, aldadılan müsəlman, ağlayan müsəlman, ağladan müsəlandır. Bundan heç kim narahat deyil. Ona görə də bizim narahat olmağımız lazımdır".

B.Bozdağ vurğulayıb ki, müsəlmanları məzhəblər üzərində bir-biri ilə vuruşdurmaq istəyən qüvvələr var: “Bunun üçün çox böyük pullar xərclənir. Ona görə bizim ayıq olmağımız lazımdır”.

AzVision.az


Teqlər: Türkiyə   Bəkir-Bozdağ  





Xəbər lenti