Putin İrana səfər edəcək

Putin İrana səfər edəcək
  14 Sentyabr 2013    Oxunub:1038
Putin Həsən Ruhani ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Bişkekdə baş tutan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvəsində İran prezidenti Həsən Ruhani ilə ilk dəfə bir araya gəldi. İranın nüvə proqramı ilə bağlı yaşanan problemlərə toxunan Putin, bu ölkəni yaxşı bir qonşu olaraq gördüyünü söyləyib.

İranın yeni prezidentini vəzifəyə gəlməsi münasibətilə təbrik edən Putin: "Rusiyanın yaxşı bir qonşu olduğunu bilirik. Qonşular seçilmir. İki ölkə arasındakı əməkdaşlıq davam edəcək”.

Görüşlə bağlı danışan Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, H.Ruhani Putini Tehrana dəvət edib və Putin də dəvəti qəbul edib. Lakin, səfərin vaxtı müəyyənləşməyib.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti