BNA “Qarabağ”–“Roma” oyununa hazırlaşır

BNA “Qarabağ”–“Roma” oyununa hazırlaşır
  26 Sentyabr 2017    Oxunub:2243
27 sentyabr tarixində keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıları daşıyacaq ekspress xətt avtobuslarının rahat, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi hazırlıq işlərini davam etdirir.
BNA-dan AzVision.az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılır.

"Məlumat verdiyimiz kimi əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.

Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq".

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları Bakı Olimpiya Stadionuna eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   QarabağFK  





Xəbər lenti