2014-cü ildən dərmanlar vahid qiymətə satılacaq

 2014-cü ildən dərmanlar vahid qiymətə satılacaq
  14 Sentyabr 2013    Oxunub:1017
Səhiyyə Nazirliyi Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə birgə təkliflər hazırlayır. Bununla bağlı hazırda beynəlxalq təcrübə öyrənilir.

Bu barədə AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə dərmanların vahid qiymətə satılması 2014-cü ildə mümkün ola bilər.

-Hazırda araşdırma gedir. Beynəlxalq təcrübəni öyrənirik. Bu ilin axırına kimi hər hansısa bir qərarın verilməsini gözləmək çətin olar.Çünki hələ texniki məsələlər həllini tapmalıdır.

Vahid qiymət siyasəti deyəndə hamı elə başa düşür ki, bütün qiymətlər eyni olacaq. Əslində isə orada diferensasiya gedir. Xaricdə də dərmanlar üçün vahid qiymət anlayışı tətbiq olunur. Amma bu bütün dərmanlara şamil olunmur.

Azərbaycanda ən yaxşı versiyanın tətbiqi üçün qurumlar razılaşır. Ölkənin bütün apteklərində dərmanlar vahid qiymətə olacaq. Onların üzərində dəqiq qiymətləri göstəriləcək. Bu standartın hansı qrup dərmanlara aid olacağı, hansı faizlə satış şirkətlərinə veriləcəyi haqqında hələ müzakirələr gedir. Ola bilər ki, 2014-cü ildə dərmanların vahid qiymətlə satışı tətbiq olunsun.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti