BMT Suriya ilə bağlı hesabat verdi

BMT Suriya ilə bağlı hesabat verdi
  14 Sentyabr 2013    Oxunub:1015
Suriyada kimyəvi silahın tətbiqini araşdıran BMT ekspertləri bu barədə hesabatlarını bitiriblər.
AzVision.az xəbər verir ki, bu barədə ekspertlərdən ibarət qrupun rəhbəri Ake Sellstrem bildirib. Hesabat həftə sonu BMT-nin baş katibi Ban Ki muna təqdim olunacaq. Ancaq Sellstrem hesabatın elan olunacağı vaxtı açıqlamayıb. Onun sözlərinə görə, bu, BMT-nin baş katibinin qərarından asılıdır. Ekspert qrupunun başçısı həmçinin araşdırmanın nəticələri haqqında açıqlama verməkdən imtina edib.

BMT ekspertləri avqustun 31-də Suriyanı tərk ediblər və həmin vaxtdan toplanan məlumatların analizi ilə məşğuldurlar. Onlar Dəməşqdə kimyəvi silahın tətbiq olunub-olunmaması və hansı şəraitdə baş verdiyi barədə məlumat təqdim edəcəklər. Bunun üçün ekspertlər torpaq, qan və zərərçəkənlərin sidik nümunələrini təhlil etmiş, həmçinin hücum zamanı istifadə olunan silahın qalıqlarını götürüblər. Bundan başqa, ekspertlər həkimləri və şahidləri dindirmişlər.

AzVision.az


Teqlər:





Xəbər lenti