BƏƏ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir

BƏƏ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir
  26 Sentyabr 2017    Oxunub:1658
Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.
BƏƏ səfirliyindən AzVision.az-a daxil olan məlumata görə, BƏƏ Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar təşkil edirlər.

AZAL, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu: "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövləti tarixi"dir.

Qeyd edək ki, seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BƏƏ   Azərbaycan  





Xəbər lenti