Ukraynada hərbi sursat anbarında partlayış olub

Ukraynada hərbi sursat anbarında partlayış olub
  27 Sentyabr 2017    Oxunub:1893
Ukraynanın Vinnitsa vilayəti yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış baş verib.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayışla əlaqədar Kalinovka şəhərinin və ətraf kəndlərin sakinləri evakuasiya edilib. Hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 kilometr radiusunda tam bağlanıb.

Məlumata görə, hərbi sursat anbarında “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlər saxlanılır.

AzVision.az


Teqlər: Ukrayna   Partlayış  





Xəbər lenti