Azərbaycanlı müğənni Rusiya səhnəsində – VİDEO

Azərbaycanlı müğənni Rusiya səhnəsində – VİDEO
  14 Sentyabr 2013    Oxunub:1184
Rusiyanın Birinci kanalında vokal “Səs” layihəsində azərbaycanlı Fərid Əsgərov iştirak edib.
Sentyabrın 13-də Birinci kanalın efirində gedən beynəlxalq “Səs” vokal layihəsinin münsiflər heyətində Aleksandr Qradski, Leonid Aqutin, Dima Bilan və Pelaqeya olub.

Stiv Uanderin “Isn`t she lovely” musiqisini ifa edən Fərid Əsgərovu pianoçu Samir Soltanov müşayiət edib. Qeyd edək ki, münsiflərdən yalnız Aleksandr Qradski Fərid Əsgərovu dəstəkləməyib. Fərid Əsgərovu dəstəkləmək üçün onun xanımı – caz müğənnisi Aygün Əsgərova, məşhur teleprodüser Murad Dadaşov və bəstəkar Emin Kərimi Moskvaya yola düşüb.



AzVision.az


Teqlər:





Xəbər lenti