Ermənistanda “neqodnı”lar əsgərliyə aparılır
Əsgərin anası Alina Avdalyan ofisə müraciətində deyib ki, oğlunun səhhətində problemlərin olduğu halda orduya çağırılıb:
“Fevralın 14-də oğlumu xidmətə göndərdim. Orada onun sağlamlıq problemləri olub, müalicə edilib və xidmət yerindən təxris olunub. Oğlum sümüklərinin ağrıdığını, özünü yaxşı hiss etmədiyini deyib. Hazırda oğlum təxris olunub. Amma vəziyyəti ağırlaşıb. Axı, oğlum xəstə idi, onu nəyə görə əsgərliyə apardılar?” - deyə etiraz edən əsgər anası bildirib.
O, qeyd edib ki, hazırda oğlunun ciddi müalicəyə ehtiyacı var.
Bəhlul Rzayev
AzVision.az
Teqlər: Ermənistan Ordu