Putin Ramazan Abdulatipovu işdən çıxardı

Putin Ramazan Abdulatipovu işdən çıxardı
  27 Sentyabr 2017    Oxunub:3280
Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov vəzifəsindən azad edilib.
AzVision.az “RBK”-ya istinadən xəbər verir ki, Abdulatipov təcili olaraq Rusiya Prezident Administrasiyasına çağırılıb və ona bir neçə yeni vəzifə təklif olunub.

“Bu, onun üçün gözlənilməz idi, heç kim bilmirdi. Abdulatipov səlahiyyət müddətinin sonuna qədər işləməyi planlaşdırırdı”, - deyə region rəhbərinə yaxın mənbə “RBK”-ya bildirib.

Digər mənbə isə iddia edir ki, Ramazan Abdulatipov öz istəyi ilə işdən çıxıb, bu məqsədlə istefa ərizəsi yazıb.

Abdulatipov hansı səbəbdən işdən çıxarılması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Dağıstan  





Xəbər lenti