Ermənistan “Putin İttifaqı”ndan çıxmadı - Yekun qərar verildi

Ermənistan “Putin İttifaqı”ndan çıxmadı - Yekun qərar verildi
  27 Sentyabr 2017    Oxunub:2740
Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə məsələnin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılmasının əleyhinə səs verib.
AzVision.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

Belə ki, yalnız bir deputat komissiyanın yaradılmasının lehinə, 10 parlamentari isə əleyhinə səs verib.

“Bununla da, bu məsələnin müzakirəsi bağlandı”, - deyə xarici əlaqələr üzrə komissiyanın rəhbəri Armen Aşotyan bəyan edib. Ötən həftə Bakıya gələn A.Aşotyan Ermənistanın "Putin İttifaqı"ndan çıxmayacağını bildirib.

Qeyd edək ki, sentyabrın 14-də müxalif “Yelk” (Çıxış) fraksiyası Parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə təşəbbüs irəli sürüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti