Mətbuat xidmətinin rəhbəri işdən çıxdı

Mətbuat xidmətinin rəhbəri işdən çıxdı
  14 Sentyabr 2013    Oxunub:1799
Rəcəb Rzayev işdən çıxıb.
2000-ci ildən Qafqaz Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsində çalışan Rəcəb Rzayev işdən çıxıb. Bu barədə AzVision.az-a universitetdən məlumat veriblər. Bildiriblər ki, R.Rzayev öz istəyi ilə işdən ayrılıb.

AzVision.az məsələ ilə bağlı Rəcəb Rzayevlə əlaqə saxlayıb. Universitetin sabiq əməkdaşı bildirib ki, `Qafqaz`-la heç bir problem olmayıb, işdən azad olunması öz istəyidir.

R.Rzayev əlavə edib ki, yeni işi də mətbuatla bağlı olacaq.


Qeyd edək ki, hazırda Qafqaz Universitinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsini universitetin prorektoru Natiq Paşa Hidayət əvəz edir.

Rəcəb Rzayev 1992-1999-cu illərdə "Zaman" qəzetində müxbir, "Zaman" qəzeti nəzdində fəaliyyət göstərən "Cihan" reklam şirkətinin reklam müdir müavini, həmin qəzetin nəzdində olan "Avtotime" jurnalının müxbiri çalışıb. 2000-ci ildən Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsində çalışıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti