Putinin kritik Türkiyə səfəri başlayır

Putinin kritik Türkiyə səfəri başlayır
  28 Sentyabr 2017    Oxunub:3104
Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin və Ərdoğanın görüşü zamanı Suriyada Rusiya, Türkiyə və İranın birgə qərarı ilə yaradılan münaqişəsiz bölgələrdəki vəziyyəti, Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksinin tədarükü, İraqın şimalında keçirilən “referendum”, ikitərəfli iqtisadi-ticarət əlaqələr müzakirə ediləcək.

Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisinə dair fikir mübadiləsi də aparacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Türkiyə   Ərdoğan   Rusiya  





Xəbər lenti