İbrahimbəyov:`Vəziyyətim hər an ağırlaşa bilər`
Bunu Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Yeni Müsavata müsahibəsində deyib.
Müsahibə zamanı İbrahimbəyov səhhəti ilə bağlı da danışıb.
- Neçə illərdir böyrəyimdəki daşlar məni narahat edir. Vəziyyətim bir az şübhəlidir, hər an ağrılar başlaya bilər. Bu məsələ də səfəri təxirə salmağıma təsir elədi.