Ermənistanda tələbələr etiraz aksiyası keçirir

Ermənistanda tələbələr etiraz aksiyası keçirir
  28 Sentyabr 2017    Oxunub:4299
Ermənistanın Şirak Dövlət Universitetinin tələbələri etiraz aksiyalarına başlayıblar.

AzVision.az xəbər verir ki, bu barədə universitetin müəllimi Qagik Hambaryan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.

Qeyd edək ki, Şirak Dövlət Universitetinin müəllimləri Ermənistan prezidentinə və baş nazirə açıq məktubla müraciət edərək Respublikaçı rektor Sahak Minasyanın universiteti məhv etdiyini bildiriblər. Müraciətdən sonra Sahak Minasyan və universitetin Elmi Şurası Hovannes Xorikyanın Tarix və Fəlsəfə kafedrasının rəisi vəzifəsindən azad edilməsinə dair qərar qəbul edib. Bu qərar tələbələrin etirazına səbəb olub. Universitetdə artıq iki gündür ki, dərslər boykot edilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti