Kataloniyada müstəqillik referendumu keçiriləcək

Kataloniyada müstəqillik referendumu keçiriləcək
  28 Sentyabr 2017    Oxunub:2096
İspaniyanın Kataloniya parlamentinin rəhbəri Karme Forkadel oktyabrın 1-də keçiriləcək müstəqillik barədə referendumda seçici fəallığının yüksək olacağını gözləyir.
AzVision.az “Politico”-yə istinadən xəbər verir ki, Forkadel eyni zamanda İspaniya rəhbərliyini referendumun keçirilməsinə mane olmamağa çağırıb.

“Əgər onlar bizi fiziki olaraq dayandırsalar, onda biz nəyin baş verəcəyini görəcəyik”, - deyə Forkadel vurğulayıb.

Parlament sədri bəyan edib ki, oktyabrın 1-də məntəqələrdə seçki qutuları, bülletenlər olacaq və o, özü də yaşadığı dairədə səsvermədə iştirak edəcək.

Kataloniya Məhkəməsi isə hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, seçki məntəqələrinin açılmasına mane olsun.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kataloniya   İspaniya  





Xəbər lenti