İstefa verən Abdulatipov Putinə söz atdı: “Dovşanı qaçan yerdə tuturlar”

İstefa verən Abdulatipov Putinə söz atdı: “Dovşanı qaçan yerdə tuturlar”
  28 Sentyabr 2017    Oxunub:2659
Dağıstan rəhbəri Ramzan Abdulatipov rəsmi olaraq istefaya getdiyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Dərbənt” məlumat yayıb.

Məlumata görə, Abdulatipov deputatlara təşəkkür edib və vurğulayıb ki, Moskvada “dovşanı qaçan yerdə tutan” adamlar var.

“Həmin şəxslər prezidentə elə də populyar olmayan qərarlar qəbul etməsini tövsiyyə edirlər. Lakin prezidentin qərarı Allahın iradəsi olmadan qəbul olunmur”, - deyə Abdulatipov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Dağıstan   Putin  





Xəbər lenti