Ərdoğandan qəzəbli çıxış: “Heç bir ölkə Kürdüstanı tanımayacaq”

Ərdoğandan qəzəbli çıxış: “Heç bir ölkə Kürdüstanı tanımayacaq”
  28 Sentyabr 2017    Oxunub:3151
Heç bir ölkə İraq Kürdüstanın müstəqilliyini tanımayacaq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Kürdüstanın müstəqilliyi barədə referendum İraq Konstitusiyasına ziddir, həmçinin regionda yenidən qan tökülməsi ilə nəticələnə bilər: “Vilayətin müstəqilliyi barədə referendum heç kimə xeyir gətirməyəcək”.

Qeyd edək ki, sentyabrın 25-i İraqın Kürdüstan Muxtar Vilayətində referendum keçirilib. Səsvermədə iştirak edənlərin 92,73% müstəqilliyə "hə" deyib.

Məlumata görə, seçkidə 3 milyon 305 min 925 nəfər (78 faiz) iştirak edib. 21 min 180 nəfərin səsi etibarsız hesab edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İraq   Kürdüstan   Türkiyə  





Xəbər lenti