Əsgər anaları Sarkisyana qarşı: “Övladlarımızı qəsdən öldürüblər” (VİDEO)

Əsgər anaları Sarkisyana qarşı: “Övladlarımızı qəsdən öldürüblər” (VİDEO)
  28 Sentyabr 2017    Oxunub:4113
Atəşkəs dövründə həlak olan erməni hərbçilərin anaları bu gün yenidən Ermənistanda hökumət binasının qarşısında aksiya keçiriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar övladlarının Ermənistan hakimiyyəti tərəfindən qəsdən öldürüldüyünü bildiriblər.
"Biz uşaqlarımızın qanını yerdə qoymayacağıq. Onlar buna görə cavab verməlidirlər. Gözləyirlər ki, biz də ölüb gedək.

Jirayr Sefilyan yaxşı bilir ki, Seyran Ohanyanın dövründə orduda nə ediblər. Onları necə qəbul edə bilərəm? Mən onların oyununu başa düşmürəm. Lakin, hər kəs onların oyun oynadığını anlayır" -deyə etiraz edən əsgər analarından biri bildirib.



Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti