Qarabağa qanunsuz səfər edən 694 nəfər “qara siyahı”ya salınıb

Qarabağa qanunsuz səfər edən 694 nəfər “qara siyahı”ya salınıb
  28 Sentyabr 2017    Oxunub:2145
22 sentyabr 2017-ci il tarixinədək Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən 694 nəfər arzuolunmaz şəxslərin siyahısına daxil edilib.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən "qara siyahı"ya salınan 694 nəfərdən 161-i Rusiya, 7-i Türkiyə, 48-i ABŞ, 27-i Böyük Britaniya, 65-i Almaniya, 11-i isə İran İslam Respublikasının vətəndaşıdır.

Qeyd edək ki, Qarabağa qanunsuz səfər etmiş şəxslərdən bəziləri Azərbaycandan rəsmi şəkildə üzr istədikləri üçün adları bu siyahıdan çıxarılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Qarabağ  





Xəbər lenti