Sarkisyan iki generalın vəzifəsini dəyişdi

Sarkisyan iki generalın vəzifəsini dəyişdi
  28 Sentyabr 2017    Oxunub:2987
Ermənistan prezidenti Serj Sarkisyan general-mayor Artur Simonyanın Sülhməramlı qüvvələrin komandanı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Sakisyan digər bir sərəncamla, Vağinak Sarkisyanı Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edərək, Sülhməramlı qüvvələrin briqada komandanı təyin edib.

Vağinak Sarkisyanla bir il müddətinə müqavilə imzalanıb.



Eyni zamanda Sarkisyan general-mayor Artak Davtyanın Ermənistan silahlı qüvvələrinin baş qərargahının operativ idarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib. Artak Davtyan Ermənistan silahlı qüvvələrinin beşinci ordu korpusunun baş komandanı təyin edilib.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Serj-Sarkisyan  





Xəbər lenti