Putinin Türkiyəyə səfəri başlayıb

Putinin Türkiyəyə səfəri başlayıb
  28 Sentyabr 2017    Oxunub:2456
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə İraqda keçirilən “referendum”, Suriyadakı vəziyyət, ikitərəfli əlqələr, Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsi, “Türk axını” layihəsi, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcək.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Putin  





Xəbər lenti