İstanbul Bələdiyyəsinə yeni sədr seçilib

İstanbul Bələdiyyəsinə yeni sədr seçilib
  29 Sentyabr 2017    Oxunub:1969
İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mövlut Uysal bu gün keçirilən səsvermədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibinə qalib gəlib.

O, 179 səslə İstanbulun yeni meri vəzifəsinə layiq görülüb.

Qeyd edək ki, 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışan Qədir Topbaş cari ilin sentyabrın 22-də tutduğu vəzifədən istefa verib.

AzVision.az


Teqlər: İstanbul  





Xəbər lenti