Türkiyədə 1 saat 30 dəqiqəlik kritik görüş - Yenilənib

Türkiyədə 1 saat 30 dəqiqəlik kritik görüş - Yenilənib
  29 Sentyabr 2017    Oxunub:4935
Ankarada Türkiyə və Rusiya prezidentləri arasında təkbətək görüş başa çatıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan-Putin görüşü 1 saat 30 dəqiqə davam edib.
Görüşdə Suriya münaqişəsi və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb.

***
(21:20)

Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, qarşılanma mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayıb.

Prezidentlərin görüşü bu dəqiqələrdə davam edir. Görüşdə İraqda keçirilən “referendum”, Suriyadakı vəziyyət, ikitərəfli əlqələr, Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsi, “Türk axını” layihəsi, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı vacib məsələlər müzakirə olunacaq.



AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Putin   Ərdoğan  





Xəbər lenti