ABŞ Ərbil və Bağdadı sülhə çağırdı
“Həm İraq Kürdüstanı, həm də rəsmi Bağdadla çoxsaylı görüşlərimiz olub. Son bir neçə gün ərzində dövlət katibi hər iki tərəfdən olan həmkarları ilə görüşüb. Əgər istənilərsə, ABŞ iki tərəf arasında danışıqların başlaması üçün kömək edə bilər. Ancaq bu məsələdə açıq danışmaq istəyirəm. Bunun üçün ABŞ-dan kömək istəməlidirlər”.
H.Nauert deyib ki, gərginliyin artmaması diqqətli olmaq lazımdır: “Əvvəldən bu referenduma qarşı olduğumuzu bildirmişik. Bunun qeyri-sabitliyə gətirib çıxaracağını düşündük və bunu açıq şəkildə bəyan etdik”.
Kənan Məmmədov
AzVision.az