“Məsuliyyət Bakı və İrəvanın üzərinə düşür” - ABŞ səfirliyi

“Məsuliyyət Bakı və İrəvanın üzərinə düşür” - ABŞ səfirliyi
  29 Sentyabr 2017    Oxunub:1945
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Minsk Qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək.

AzVision.az-ın "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyində bildiriblər.
Səfirlikdən vurğulanıb ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərlə fəal işləməyi davam etdirəcək. Lakin son nəticədə sülhə görə məsuliyyət Ermənistan və Azərbaycanın üzərinə düşür", - ABŞ səfirliyindən bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti