Ermənistanın müdafiə nazirinə qarşı oğurluq ittihamı

Ermənistanın müdafiə nazirinə qarşı oğurluq ittihamı
  29 Sentyabr 2017    Oxunub:2226
Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avedisyan artıq 7 aydır ki, hər cümə axşamı hökümət binasının qarşısında etiraz aksiya keçirir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir.
Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur.

Avedisyan qeyd edib ki, ön xəttdəki erməni əsgərlərinə maddi yardım göndərilmir, orduda vəziyyət acınacaqlıdır.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti