Ermənistanda kürdlərə görə ət bahalaşıb

Ermənistanda kürdlərə görə ət bahalaşıb
  29 Sentyabr 2017    Oxunub:1309
Erməni iş adamı Samvel Aleksanyan İraq Kürdüstanı ilə biznes əlaqələrinə malikdir.
AzVision.az “Hraparak”-a istinadən xəbər verir ki, Ermənistanda ətin gözlənilmədən bahalaşması Aleksanyan tərəfindən ət məhsullarının “müstəqillik” əldə edən İraq Kürdüstanına ixrac edilməsi ilə bağlıdır.

Aleksanyanın Kürdüstanla sıx əlaqələrinin olduğu və ildə bir neçə dəfə ora səfər etdiyi məlum olub.

Məlumata görə, İraq Kürdüstanında spirtli içki və donuz ətindan istifadə edilmədiyinə görə, Ermənistanda ora daha çox ət məhsulları göndərilir.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti