Ukraynada təyyarə qəzası - İki pilot ölüb

Ukraynada təyyarə qəzası - İki pilot ölüb
  29 Sentyabr 2017    Oxunub:1745
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “L-39” təlim təyyarəsi təlim zamanı Xmelnitski şəhərində qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmisi Roman Yurçilo deyib.

Onun sözlərinə görə, qəza nəticəsində hər iki pilot həlak olub: “Hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Hadisənin detalları müəyyənləşdirilir. ”-deyə R. Yurçilo deyib.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Ukrayna  





Xəbər lenti