Erməni pensiyaçıların ümidləri puç oldu

Erməni pensiyaçıların ümidləri puç oldu
  29 Sentyabr 2017    Oxunub:1807
Ermənistanda pensiyalar 2018-ci ildə artırılmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə sentyabrın 28-də Ermənistan hökuməti tərəfindən təsdiqlənən büdcə lahiyəsində qeyd olunub. Pensiyaların baza hissəsi 16 min dram təşkil edəcək.

Hökumətin qərarına görə, dövlətin pensiya xərcləri 223 milyard dramdan 210 milyard drama qədər azaldılacaq.

Ümumiyyətlə, Ermənistanda pensiyaya çıxmaq şərtləri hökumət tərəfindən ağırlaşdırılır. Məqsəd təqaüdçülərin sayını azalmaqdır.

Emil Quliyev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti