Düşmən Qarabağda xüsusi taktiki təlimlər keçirib

Düşmən Qarabağda xüsusi taktiki təlimlər keçirib
  29 Sentyabr 2017    Oxunub:1485
Ermənistanın Qarabağda yerləşən qanunsuz komandanlığı işğal altında olan bölgənin müxtəlif sektorlarında xüsusi taktiki təlimlər keçirib.
AzVision.az xəbər verir ki, təlimlər “Müdafiə əməliyyatında düşmənin radioelektron mübarizə və atəş vasitələrinin təsiri altında hava hücumundan müdafiənin aparılması” mövzusunda həyata keçirilib.

Təlimlər sentyabrın 25-29-da hava hücumundan müdafiə hərbi hissələri və bölmələri cəlb olunmaqla həyata keçirilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti