Keçmiş ANS-çi Xəzər-də

Keçmiş ANS-çi Xəzər-də
  14 Sentyabr 2013    Oxunub:10473
ANS-in keçmiş aparıcısı Leyla Mustafayeva Xəzər televiziyasında yeni layihəyə başlayır.
AzVision.az-a bu barədə aparıcının özü məlumat verib. O, bildirib ki, “Ənənə boğçası” adlanan verilişində xalqımızın qədim toy adət-ənənələrindən bəhs ediləcək:

“Xalqın adət-ənənələri verilişdə öz əksini tapacaq. Toy, xınayaxdı, elçilik mərasimi, qız toyu, oğlan toyu və bu zaman həyata keçirilən adətləri göstərməyə çalışacağıq. Əsasən bölgələrdə mağar toylarında keçmiş adətlərimiz azacıq da olsa qalıb, rayonlara gedəcəyik, oradakı dədə-babadan qalan toy adət-ənənələrini göstərməyə çalışacağıq”-deyə, L.Mustafayeva qeyd edib.

Qeyd edək ki, Leyla Mustafayeva televiziya fəaliyyətinə 2003-cü ildən ANS Müstəqil Yayım və Media Şirkətindən (ANS-TV) başlayıb. ANS TV-də ilk fəaliyyəti gözəllik haqda «Eybi yox» verilişində müxbir-prodüser kimi başlayıb. Efirlə ilk təması isə "Səhər çağı" informasiya və əyləncəli səhər verilişi ilə olub. Daha sonra "Marş"-hərbi vətənpərvərlik, «Salam Azərbaycan» səhər verilişinin aparıcısı kimi davam edib. ANS-də ümumilikdə 8 il çalışıb. Daha sonra ATV kanalında yayımlanan "Mənim Balam" valideyn klubunun redaktoru olub.

Xəzər televiziyasında yayımlanacaq yeni layihənn reklam çarxı da artıq hazırdır:


Şəhanə Rəhimli


Teqlər:





Xəbər lenti