Abrahamyan Qarabağa “baş qərargah rəisi” göndərildi

Abrahamyan Qarabağa “baş qərargah rəisi” göndərildi
  30 Sentyabr 2017    Oxunub:2195
Ermənistanın Müdafiə Nazirliyinin 5-ci ordu korpus komandiri, general-mayor Karlos Abrahamyan Qarabağda yerləşən işğalçı silahlı birləşmələrinə "baş qərargah rəisi" göndərilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, indiyədək bu "vəzifəni" tutan Kamo Vardanyanın təhsil məsələləri ilə bağlı Moskvaya getdiyi bildirilir.

Xəbər verdiyimiz kimi, dünən prezident Serj Sarkisyan general-mayor Artak Davtyanın Ermənistan silahlı qüvvələrinin baş qərargahının operativ idarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Digər sərəncamla Davtyan Ermənistan silahlı qüvvələrinin beşinci ordu korpusunun baş komandanı təyin edilib.

Eyni zamanda, Sarkisyan general-mayor Artur Simonyanı sülhməramlı qüvvələrin komandanı vəzifəsindən azad edərək, onun yerinə Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin rəisi Vağinak Sarkisyanı təyin edib.

Məlumatlara görə, vəzifədən azad edilən Artur Simonyan Ermənistan müdafiə naziri Vigen Sarkisyanın məsləhətçisi vəzifəsinə təyin ediləcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti