Avropa İttifaqı Azərbaycanın təşəbbüsünü alqışlayır

Avropa İttifaqı Azərbaycanın təşəbbüsünü alqışlayır
  30 Sentyabr 2017    Oxunub:3915
Avropa İttifaqı Azərbaycan qazının Avropaya nəql etməsini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi üzrə Azərbaycanın təşəbbüsünü alqışlayır.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Avropa Komissiyasının nümayəndəsi Anka Paduraru deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı "Cənub qaz dəhlizi"ni və onun enerji təchizatının və nəqliyyat marşrutlarının mənbələrinin diversifikasiyası üzrə rolunu dəstəkləyir.

"Avropa İttifaqının hədəfləri dəyişməyib", - deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" Xəzər Hövzəsi, Mərkəzi Asiya, İran və Yaxın Şərqdən Avropa İttifaqına qazı nəql etmək üçün infrastrukturun genişlənilməsini hədəfləyib.

AzVision.az


Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti