ABŞ Qarabağdakı separatçı rejimə pul ayıracaq

ABŞ Qarabağdakı separatçı rejimə pul ayıracaq
  30 Sentyabr 2017    Oxunub:2641
ABŞ Senatının Təsisatlar Komitəsi 2018-ci il üzrə xarici yardım layihəsini təsdiq edib.

AzVision.az xəbər verir ki, bu barədə Amerika Erməni Assambleyası məlumat yayıb. Bildirilib ki, layihəyə əsasən, ABŞ Qarabağdakı qanunsuz quruma maliyyə yardımını davam etdirəcək.
Xatırladaq ki, daha öncə ABŞ Konqresi konqresmen Delfid Valadaonun Dağlıq Qarabağda qanunsuz mina təmizləmə əməliyyatlarına əlavə vəsait ayrılmasına dair təşəbbüsünə razılıq verib. Bu məqsədlə işğal altında olan Qarabağda qanunsuz mina təmizləmə işlərinə 1.5 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti