Aİ komissarı İrəvana səfər edəcək

Aİ komissarı İrəvana səfər edəcək
  30 Sentyabr 2017    Oxunub:1836
Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Aİ komissarının prezident Serj Sarkisyanın qəbulunda olacağı, daha sonra baş nazir Karen Karapetyanla görüşəcəyi bildirilib.

Məlumata görə, oktyabrın 2-də XİN rəhbəri Edvard Nalbandyanla Yohannes Han arasında danışıqlar olacaq və mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Alpər Mövludoğlu


Teqlər: Ermənistan    





Xəbər lenti