Nazir Daşkəsəndə vətəndaşları qəbul edib
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
AzVision.az