Kataloniyada qarşıdurma: Müstəqillik referendumu keçirilir (FOTOLAR)

Kataloniyada qarşıdurma: Müstəqillik referendumu keçirilir (FOTOLAR)
  01 Oktyabr 2017    Oxunub:3764
İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı referenduma start verilib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermədən əvvəl polislə seçicilər arasında qarşıdurma yaranıb.
2315 seçki məntəqəsində səsvermənin keçiriləcəyi gözlənilsə də, polis əksər məntəqələrin açılmasına icazə verməyib, seçki qutularını müsadirə edib.

Məlumara görə, 1300 seçki məntəqəsi polis tərəfindən bağlanıb. 163 məktəb binası isə referendum tərəfdarları tərəfindən zəbt edilib.

İspaniyanın Daxili İşlər Nazirliyi bəyan edib ki, Kataloniyadakı referendum qeyri-qanunidir. Referenduma mane olmaq üçün 10 mindən çox polis və əsgər səfərbər edilib.









AzVision.az


Teqlər: Kataloniya   Referendum  





Xəbər lenti