Kataloniyada yaralıların sayı 761-ə çatıb - Yenilənib

Kataloniyada yaralıların sayı 761-ə çatıb - Yenilənib
  02 Oktyabr 2017    Oxunub:3724
Kataloniyada polislə toqquşma nəticəsində xəsarət alanların sayı 761 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Kataloniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***
(19:02)

Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar zamanı xəsarət alanların sayı 460 nəfər çatıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yaralı sayının artacağı istisna edilmir. Asayiş keşişçiləri arasında da xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, İspaniya hökuməti Kataloniya rəhbərliyini məsuliyyətsizliyə son qoymağa çağırıb.

***
(17:09)

Kataloniyada polislə toqquşmalar zamanı 337 nəfər xəsarət alıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

***
(14:58)

Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurma zamanı azı 38 nəfər xəsarət alıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya polisi seçki məntəqələrinə basqın edib.

İspaniyanın daxili işlər naziri referendumun qeyri-qanuni olduğunu bəyan edərək bütün məntəqələrdəki seçki qutularının yığışdırılmasını tələb edib.

Polis əməkdaşları məntəqələrinin qarşısında barikadalar quran seçicilərə zor tətbiq edib.

Hazırda Kataloniyada vəziyyət gərgin olaraq qalır.

AzVision.az


Teqlər: Kataloniya   İspaniya  





Xəbər lenti