Polşa-Ermənistan hərbi əməkdaşlığının sirləri açılır - TƏHLİL
Prosesləri düzgün analiz edən Varşava hazırda Ermənistana alternativ təhlükəsizlik imkanları təqdim etməklə və ona milli dəyərləndirilmə seçimi verməklə
İrəvanın hərbi-siyasi rakursunu dəyişməyə çalışır.
Hesab edirlər ki, bu proses Ermənistanda Rusiya hərbi dairələrinin silah satışına kölgə sala, hakimiyyətin Qərblə bağlı mövqeyini möhkəmləndirə və Avropaya doğru daha qətiyyətli addım atmaq imkanı verə bilər. Bu baxımdan 2014-cü ilin oktyabrından Çarentsavan şəhərində işə başlayan və hərbi məhsullar istehsal edən müştərək Polşa-Ermənistan şirkəti - "Lubawa Armenia SA" (müəssisənin 51%-i Polşaya, 49%-i isə Ermənistana məxsusdur) müəssisəsi qeyd etdiyimiz məqsədlərə xidmət edir. Şirkət hazırda həm Ermənistanın silahlanmasına, həm də işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən qanunsuz silahlı birləşmələrə yardım edir.
Müəssisə Ermənistanın Müdafiə Nazirliyini multispektral maskalanma vasitələri, fərdi kamuflyaj, çadır, bədən zirehi və dəbilqə ilə, Ermənistanın Fövqəladə Hallar Nazirliyini isə bomba zərərsizləşdirmək üçün xüsusi qoruyucu geyimlər, şişmə qayıqlar və xilasetmə avadanlıqları ilə təchiz edir.
Göründüyü kimi, Polşa və Ermənistan arasında aparalan hərbi əməkdaşlıqda ikitirəlik mövcuddur. Bunun əsas səbəbi əməkdaşlığın hərbi əsaslara deyil, siyasi məsələlərə söykənməsidir. “Lubawa” şirkəti Ermənistan tanklarının modernləşdirilməsinə dair rəsmi müqavilə imzalasa da, sonradan rəsmi İrəvan Rusiyanın xeyrinə bu müqavilədən imtina edib. Lakin, "İskəndər"” OTRK-ların Kalininqradda (RF) yerləşdirilməsinə Polşa dəfələrlə etiraz etdiyi halda, Ermənistanda yerləşdirilməsinə heç bir münasibət bildirməyib.
Varşavadan səslənən bəyanatlar Ermənistanla gizli sövdələşmələrə dair şübhə yeri qoymur. İrəvan hakimiyyəti isə Rusiyanın qorxusu altında bu əməkdaşlığı gizlətməklə məşğuldur.
Bundan əlavə MSPO-2017 sərgisində "Lubawa" şirkətinin Ermənistanın Müdafiə Nazirliyi üçün BMP-2 piyada döyüş maşınları və tank imitatorları istehsal edəcəyini açıqlaması da əslində arxa planda böyük əməkdaşlıqların olduğundan xəbər verir.
Polşanın xarici işlər nazirinin müavininin Ermənistanın rəyini almadan belə həssas mövzu haqqında danışması təəccüb doğurmur. Polşa açıq müstəvidə Ermənistanla hərbi əməkdaşlığa maraqlı tərəf olduğunu göstərmək istəyir, İrəvan isə tam əksini - Rusiya ilə bağların birdəfəlik qırılmaması üçün Mosvaya "sadiqlik" obrazında görünməyə çalışır. Təbii ki, Rusiyaya açıq-aşkar xəyanət ehtimalı üzərindən Ermənistanın bu çağırışa müsbət cavab verməyəcəyi Polşa üçün başadüşüləmdir. Lakin, bu, o demək deyil ki, təklif edilən hərbi əməkdaşlıq gizli müstəvidə aparılmır və ya həyata keçirilə bilməz.
Şahin Qocayev
AzVision.az
Teqlər: Polşa Ermənistan