İlham Əliyev meksikalı həmkarını təbrik edib
“Hörmətli cənab Prezident, Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram”.
AzVision.az
Teqlər: