Milyarder toyda birinci xanımla rəqs etdi – VİDEO

Milyarder toyda birinci xanımla rəqs etdi – VİDEO
  02 Oktyabr 2017    Oxunub:68731
Milyarder Alişer Usmanovun Daşkənddəki evində dəbdəbəli toy mərasimi keçirilib. Usmanovun bacısı oğlu Sərvər Özbəkistan prezidentliyinə sabiq namizəd, siyasətçi Dolar Taşmühəmmədovun qızı ilə evlənib.
AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Özbəkistan bölməsi məlumat yayıb.

Alişer Usmanov toyda Özbəkistan prezidenti Şavkat Mirziyoyevin xanımı ilə rəqs edib. Toyda rus estradasının ulduzları çıxış ediblər.

Məlumata görə, İslam Kərimovun prezidentliyi dövründə Özbəkistan oliqarxları və rəhbər şəxsləri arasında qohumluq əlaqələri mövcud olmayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti