Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək

Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək
  02 Oktyabr 2017    Oxunub:1648
2018-ci ilin sonunda Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək.
AzVision.az xəbər verir ki, bu barədə "1in.am" saytına açıqlamasında Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan maliyyə naziri Vardan Aramyanın bəyanatına münasibətində deyib.

Makaryanın sözlərinə görə, Ermənistan hakimiyyəti xarici borcları artırmaqla, vəsaitləri iqtisadi baxımdan düzgün istifadə etmir.

Erməni sədr gələcəkdə bu prosesin Ermənistan üçün riskli olduğunu və borcları heç vaxt bağlaya bilməyəcəklərini bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti