“Ermənistan yeni silahlar alacaq” - Vigen Sarkisyan

“Ermənistan yeni silahlar alacaq” - Vigen Sarkisyan
  02 Oktyabr 2017    Oxunub:3687
"Ermənistan silah almaqda davam edəcək"

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
O, qeyd edib ki, silahlanma məsələsi qapalıdır və ona görə də konkret məlumatlar təqdim edə bilməz: “Ordunu silahlandırma baxımından il olduqca uğurludur”.

Sarkisyan əlavə edib ki, silahlandırma prosesi Rusiyadan alınan kredit və digər proqramlar çərçivəsində həyata keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Vigen-Sarkisyan  





Xəbər lenti