Kaliforniya Qarabağa nümayəndə heyəti göndərir

Kaliforniya Qarabağa nümayəndə heyəti göndərir
  15 Sentyabr 2013    Oxunub:995
Kaliforniya parlamentinin üzvləri Ermənsitanda və Dağlıq Qarabağda bir sıra görüşlər keçirəcəklər
Siyasət ABŞ-ın Kaliforniya parlamentinin və Amerika Erməni milli komitəsinin qərb qanadının üzvlərindən ibarət nümayəndə heyəti sentyabrın 15-dən 24-nə qədər Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.

Nümayəndə heyəti Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər, sonra da Dağlıq Qarabağın diqqətəlayiq yerlərinə baş çəkəcəklər.

Bununla bağlı məlumat verən Ermənistanın Los-Ancelesdəki keçmiş baş konsulu Qriqor Ovanesyan bildirib ki, heyətin əsas missiyası Ermənistan və Kaliforniya ştatı arasında siyasi əlaqələrin möhkəmlənməsinə zəmin yaratmaqdır.


Teqlər:  





Xəbər lenti