Las-Veqasdakı qətliamı törədənin kimliyi bilindi

Las-Veqasdakı qətliamı törədənin kimliyi bilindi
  02 Oktyabr 2017    Oxunub:2238
ABŞ polisi Las-Veqas şəhərində “Mandalay Bay” otelinin yaxınlığında keçirilən musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyini müəyyənləşdirib.
AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, Las-Veqas şəhərinin şerifi Cozef Lobmardo cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerli sakin olduğunu bildirib. Lobmardo onun Las-Veqas sakini, 64 yaşlı Stefen Paddok olduğunu bildirib.

“Şübhəli öldürülüb. Hazırda polis Meri Lu Denli (Mary Lou Denley) adlı qadının axtarışlarını davam etdirir.”, - deyə şerif əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 1-dən 2-nə keçən gecə baş verən silahlı hücum nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti