Həmsədrlər Bakı və İrəvana danışıqlara gəlir

Həmsədrlər Bakı və İrəvana danışıqlara gəlir
  02 Oktyabr 2017    Oxunub:2065
ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və vəziyyətlə tanışlıq məqsədilə iki ölkənin rəsmiləri ilə görüşlər keçirəcək.

Bu barədə AzVision.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən A.Şofer Minsk qrupunun digər həmsədrlərlə birlikdə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

Səfirliyin məlumatında vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ tərəflər ilə fəal şəkildə işləyəcək: "ABŞ-ın Minsk qrupundakı həmsədri Andrü Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güç təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqaddaratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti