Stiven Peddokun atası bank soyğunçusu olub

Stiven Peddokun atası bank soyğunçusu olub
  03 Oktyabr 2017    Oxunub:2551
CNN telekanalının yaydığı məlumata görə, ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) silahlı insident törədən Stiven Peddokun atası bank soyğunçusu olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bir neçə il əvvəl ölmüş bu kişi Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışa verilən on adamdan biri olub.

Məlumata görə, Stiven Peddok pensiyaya çıxmazdan əvvəl mühasib işləyib. Onun Alyaska ştatı tərəfindən verilmiş ovçuluq lisenziyası olub. S.Peddok Nevada ştatının şimalında Meskit şəhərində yaşayıb. Polis əməkdaşları onun evində axtarış aparsalar da, qeyri-adi bir şey tapmayıblar.

AzVision.az


Teqlər: Las-Veqas  





Xəbər lenti